Karantin rejimi ilə əlaqədar nəzarət tədbirləri gücləndirilib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şəhər ərazisində yerləşən qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda monitorinq keçiriblər.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, iri ticarət mərkəzlərində keçirilən yoxlamalar zamanı bəzi müştərilərin COVID-19 pasportu olmadan obyektə daxil olduğu aşkarlanıb.
Həmin obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib, mövcud tələblər bir daha onların diqqətinə çatdırılıb. Əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi vurğulanıb.
Daha sonra mağazalarda davam etdirilən nəzarət tədbirləri nəticəsində tibbi maskadan istifadə etməyən və yaxud düzgün şəkildə istifadə etməyən satıcı və alıcılara rast gəlinib. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb və sanitar-gigiyenik tələbləri izah ediblər. Qaydaları pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı isə taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər, eləcə də tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər müəyyən edilib.
Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs məsuliyyət hiss etməli, özlərinin və digərlərinin sağlamlığı üçün mövcud tələbləri anlayışla qarşılamalıdır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
















