Karbon emissiyasının azaldılmasının yolu karbon qiymətqoymadan keçir

Karbon emissiyasının azaldılması ilə bağlı məqsədlərə çatmağın yolu karbon qiymətqoymadan keçir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Vergi və Gömrük İttifaqı üzrə Baş Direktorluğunun nümayəndəsi Cənab Xavier Vanden Boş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) bununla bağlı bir sıra qanunlar və hüquqi sənədlər qəbul edib:
“Aİ 2030-cu ilə qədər karbon emissiyasının 55 %-ə qədər azaldılması məqsədinə çatmağı planlaşdırır. Bizim bununla bağlı prioritet məsələlərimiz çoxdur. Hər bir məqsədə çatmağın yolu karbon qiymətqoymadan keçir”.
"Biz Karbon Sərhədinin Tənzimlənməsi Mexanizmi (CBAM) istifadəyə vermişik ki, bu sistem Aİ-nin 2050-ci ilə qədər iqlim neytralığı hədəfinə çatmağa yardım edir. CBAM gəlir əldə etmək üçün nəzərdə tutulmayıb", - deyə o qeyd edib.
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ












