Kəbə tarixində İLK: Zəvvarlara robotlar xidmət edəcək

Səudiyyə Ərəbistanı Həcc ziyarətində olan zəvvarların təhlükəsizliyini təmin etmək və onları istiqamətləndirmək üçün 2 robotun istifadəyə verildiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, 3G texnologiyası ilə işləyən, ekranı, kamerası və mikrofonu olan "şəxsi robot" zəvvarlar arasında gəzmək, onları yönləndirmək və suallarını cavablandırmaq qabiliyyətinə malikdir.
"Təhlükəsizlik robotu"nun temperaturu ölçəcəyi, insanların maska taxmasına nəzarət edəcəyi və ərazidə davamlı dezinfeksiya işləri aparacağı qeyd edilib.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi iyunun 12-də xaricdən heç kəsin Həcc ziyarətinə qəbul olunmayacağını, ancaq ölkə daxilində xroniki xəstəlikləri olmayan, 18-65 yaş arasında olan 60 min şəxs üçün icazə veriləcəyini açıqlayıb.
Qeyd edək ki, COVID-19 səbəbindən Səudiyyə Ərəbistanı ötən il yalnız ölkə daxilindən məhdud sayda zəvvar qəbul edib. (publika.az)
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












