Keçmiş polis işçisi "patı" satarkən yaxalandı - YENİLƏNİB

Baş Prokurorluq Qubadakı hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Qurumun Mətbuat xidmətindən Avtosfer.az-a daxil olan məlumatda deyilir:
"Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunun narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.
Bununla bağlı qeyd edirik ki, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.
Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəssüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yolverilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır".
13:27
Qubanın keçmiş prokurorunun oğlu polisə müqavimət göstərərək qaçıb.
Avtosfer.az-ın məlumatına görə, “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən yaxalansa da sonradan polisə bıçaqla müqavimət göstəriblər.
Onlar daha sonra ərazidən qaçıblar.
Hazırda onun saxlanılması üçün polis əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. R.Abbasov özü də hüquq-mühafizə orqanlarında çalışıb, o, Qusar Rayon Polis Şöbəsində işləyib. O, xidmət zamanı narkotik vasitələrdən istifadə etdiyi üçün xidmətdən xaric edilib. Son zamanlar isə onun narkotik vasitələrin satışı ilə məşğul olduğu məlum olub.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












