Kərim Vəliyev Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı ilə görüşüb - VİDEO

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu və Xüsusi Təyinatlı Qüvvələrinin komandanı diviziya generalı Ömer Ertuğrul Erbakan ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşlərdə Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı, həmçinin hərbi və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsindən danışılıb.
Son zamanlar iki qardaş ölkənin birgə təlimlərinin əhəmiyyəti xüsusi vurğulanaraq bu kimi təlimlərin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından müstəsna rol oynayacağı bildirilib və gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd edilib.
K.Vəliyev hazırda Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimini hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacib hesab etdiyini bildirib.
Müdafiə sahəsində əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə edilib.
Sonra Türkiyə Respublikasının Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ərazisi ilə tanışlıq keçirilib.
Sonda qarşılıqlı plaketlər təqdim olunub.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












