Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir

Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara dəyişiklik müzakirə olunur.
“Kitabxana işi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsində “vəsait kitabxananın sərəncamında qalır” sözləri “vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.
“Muzeylər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə, 25-ci maddənin ikinci cümləsində “gəlir bütövlükdə muzeylərin sərəncamında qalır” sözləri “gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












