Köhnə sandığın içərisindən torbalarla narkotik çıxdı - FOTO - VİDEO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 5 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Viyən kənd sakini Mərhəmət Kazımov 20 qram narkotik vasitə qurudulmuş marixuananı satarkən saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən 1 ədəd çətənə kolu, həmin həyətdəki yarımçıq tikilidəki sandığın içərəsindən isə sellofan torbalarda və 133 ədəd kibrit qutusunda ümumilikdə 5 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. M.Kazımovun həmin narkotik vasitəni həyətyanı sahəsində əkərək kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı














