Kölndə Ulu öndərin doğum günü ilə bağlı tədbir keçirilib - FOTO

May ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri, unudulmaz siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Bu münasibətlə Ulu Öndərin əziz xatirəsi Köln şəhərində yad edilib.
Tədbir Almaniya Azərbaycanlıları Alyansı və Alman-Azərbaycan Mədəniyyət evinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Köln şəhərində və ətraf şəhərlərdə yaşayan azərbaycanlı icma nümayəndələri də iştirak edib.
Anım tədbirində Ulu Öndərin və şəhidlərimizin xatirəsi sükutla yad edilib.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki açdığı parlaq səhifə barədə və onun yaratdığı dövlətçilik prinsip və ənənələri mövzusunda geniş çıxış edib. Eyni zamanda o, Ulu Öndər Heydər Əliyevin diaspor siyasətinin əyilməz sütunlarının qurucusu kimi fəaliyyətinə də toxunub.
Tədbir Alman-Azərbaycan Mədəniyyət evinin rəhbərliyi və digərlərinin çıxışları ilə davam etdirilib. Çıxışlarda bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri iştirakçılara çatdırılıb.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA














