Koronavirusun uşaqlarda rast gəlinən əlamətləri AÇIQLANDI

COVID-19 virusu bütün yaş qruplarına, eləcə də uşaqlara təsir edə bilər.
Avtosfer.az xəbər verir ki, bunu 15 saylı uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr Şükufə Əlikişibəyova deyib. O bildirib ki, xüsusilə, ətraflarında yoluxmuş şəxslərin olması uşaqları COVID-19 infeksiyasına gətirib çıxara bilər:
"Uşaqların bu xəstəlikdən təsirlənmədikləri və koronavirusun erkən mərhələlərində ciddi xəstəliklərə tutulma ehtimallarının daha az olduğu düşünülsə də, son zamanlar uşaqların da koronavirusdan mənfi təsirləndiklərinin şahidi oluruq. Uşaqlarda koronavirus müxtəlif simptomlarla müşahidə edilə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları mümkündür. Bəzi uşaqlarda ishal və qarın ağrısı kimi həzm problemləri yanaşı görülə bilir. Bundan başqa uşaqlarda yüksək hərarət, öskürək, bəlğəm, sinədə xırıltı və bədəndə səpkilərin olması da koronavirusun əlamətləridir. Son məlumatlarda məlumdur ki, koronavirus bir həftə ərzində irəlilədikdə və müalicə edilmədikdə ciddi problemlərə, o cümlədən ürək və qan laxtalanma problemlərinə rast gəlinir. Bu simptomlar hətta həyatı təhdid edə bilər".
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












