Krım və Xerson arasındakı dəmir yolu dağıdıldı: Nə gözlənilir?

Ukraynanın hücumu nəticəsində Xersonu Krımla birləşdirən dəmir yolu əlaqəsinin işlək vəziyyətdə qalacağı ehtimalı azdır.
Avtosfer.azTeleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında deyilir.
Hərbi analitiklərin fikrincə, Xerson və ətrafını tərk etmək istəyənlərin sayı artacaq: "Bu, nəqliyyat qovşaqları və marşrutlarda yüklənmə yaradacaq ki, bu da çox güman, nəqliyyatın hərəkətinə nəzarət tədbirlərinin qəbuluna gətirib çıxaracaq”.
Hesabatda qeyd edildiyi kimi, ruslar bir neçə gün ərzində Xerson bölgəsi ilə Krımı birləşdirən dəmir yolu qolunu təmir etməli olacaqlar.
"Rusiya mülki istifadə üçün Xersonda Dnepr çayı üzərində zədələnmiş Antonovski körpüsünün əvəzinə bərə keçidi təşkil edib. Bununla belə, Rusiya silahlı qüvvələri demək olar ki, bundan qoşunların və maddi-texniki təchizatın ötürülməsi üçün istifadə edəcək", - Britaniya kəşfiyyatı yazır.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 40-dan çox vaqondan ibarət rus texnikası olan eşelonu məhv edib.
Kəşfiyyat məlumatlarına görə, Krımdan Xerson vilayətinə hərbi yük daşıyan Rusiya Dəmir Yolları şirkətinin bütün sürücüləri və mühəndisləri həlak olub.
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ











