“Kriti Vüqar” və daha 7 nəfər saxlanıldı

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Sumqayıt polisinin şəhər ərazisində həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb.
Belə ki, şəhər sakinləri - əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına görə 10 il məhkumluq həyatı yaşamış Alı Alıyev, adam öldürdüyünə görə ümumilikdə 21 il məhkum olunmuş və kriminal aləmdə “Kriti Vüqar” kimi tanınan Vüqar Şirinov, eləcə də Tərlan Balıyev, Qafur Qədimalıyev, Xaqani Bayramov, Kənan Gülmalıyev, Rəşad Mahmudov və əvvəllər məhkum olunmuş Faiq Hacıyev saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə ümumi çəkisi 100 qrama yaxın heroin, marixuana və psixotrop maddə olan “patı” kimi tanınan metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.///Apa
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












