"Kubinka" və "Papanin"də əməliyyat: 14 nəfər belə saxlanıldı - VİDEO

Bakının Nəsimi rayonunda narkokuryerlərə qarşı əməliyyatlar keçirilib 14 nəfər saxlanılıb, onlardan külli miqdarda narkotik vasitə və silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı və qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan daha 14 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Naqan” markalı tapança və 6 ədəd patron aşkar olunub. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Elvin Məmmədov və Nail Bəkirov saxlanılıb. Elvin Məmmədovun üzərindən 1 ədəd “Naqan” markalı tapança, 6 ədəd patron və külli m miqdarda heroin aşkar edilib. Nail Bəkirovun üzərində şəxsi axtarış aparılan zaman isə 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının qeyd edilən dövr ərzində həyata keçirdikləri digər əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər. Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT










