“Kubinka”da gənclərə narkotik satanlar saxlanılıb - FOTO - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər tutulub.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə məhkum olunmuş Abbas Musayev və Mirzə Səfərov saxlanılıblar.
Onların üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin metamfetamini “Kubinka” adllanan ərazidə narkotik maddələrin satışı ilə məşğul olan Bibiqulu adlı şəxsdən aldıqları məlum olub. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şabran rayon sakini olan Bibiqulu Əzməmmədov da tutulub. Bu şəxsdən isə satmaq məqsədi ilə əldə etdiyi 5 büküm heroin və metamfetamin aşkar edilib. Bibiqulu Əzməmmədov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə psixotrop maddələrin onlayn yolla satışını həyata keçirən paytaxt sakini Kamran Bağışlı Buzovna qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı odan 35 qrama yaxın metamfetamin aşkar edilib. O, ifadəsində psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq onlayn yolla satışını həyata keçirdiyini bildirib.
Faktlarla bağlı Nəsimi və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












