Gömrükçülər aeroportda qadının çantasından görün nə tapdı - FOTO

Gömrükçülər külli miqdarda diş implantlarının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Tünzalə Nəsirova nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə keçmək istəyərkən saxlanılıb, onun əşyalarına baxış və üzərində şəxsi yoxlama keçirilməsi üçün “Qırmızı kanal” buraxılış sisteminə yönləndirilib.
Sonra hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı həmin şəxsin çamadanında gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, yazılı, elektron və ya şifahi formada bəyan edilməyən 120 ədəd “Bone Level” markalı implant abatmenti və 8 ədəd “Aggressor” markalı diş implantı aşkar olunub. Adı çəkilən vətəndaşın orta təhsilli olduğu və həkim köməkçisi işlədiyi müəyyən edilib.
Ümumiyyətlə, son vaxtlar bəzi şəxslərin sözügedən tibbi ləvazimatları qanunsuz yolla ölkə ərazisinə gətirməsi cəhdlərinə tez-tez rast gəlinir. Bu ləvazimatların gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən keçirilməsi üçün digər sərnişinlər arasında paylanması halları müşahidə edilir.
Müvafiq qanunvericiliyə əsasən, diş implantı və implant abatmentlərinin idxalı sanitar-gigienik qaydalara əməl olunmaqla Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir. Həmin tibbi ləvazimatların müvafiq qaydalara əməl edilmədən idxalı infeksion xəstəliklərin yayılması riskini artırır.

Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












