Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - VİDEO

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, dekabrın 22-də saat 03:25-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 (on üç) ədəd şübhəli bağlama müəyyən edilib.
Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram (23 kq 475 qram marixuana, 270 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib












