Kürdəmir sakini həmkəndlisini döyərək pulunu alıb - FOTO

Kürdəmirdə mağaza sahibinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, rayonun Sığırlı kənd sakini Qurbanov Səlahəddin Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edərək Qaçay adlı şəxsin onu döyərək 600 manat zorla pulunu aldığını və sahibi olduğu mağazadan 550 manat dəyərində mobil danışıq kartlarını götürərək qaçdığı barədə məlumat verib.
Keçirilmiş əməliyyat-tədbirləri nəticəsində hadisəni törədən Sığırlı kənd sakini Qaçayev Qaçay polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
Məlum olub ki, Qaçay Qaçayev müştəri qismində S.Qurbanova məxsus mağazaya girərək, onunla mübahisə edib və mağaza sahibinə qarşı soyğunçuluq əməli törədib.
İlkin dindirmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib və qarşı tərəfdən üzr istəyərək onu bağışlamasını istəyib.
Faktla bağlı Kürdəmir RPŞ-da cinayət işi açılıb və araşdırma aparılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












