Kürdəmirdə 18 nəfər cərimələnib

Son 2 gündə Kürdəmir rayonunda karantin qaydalarını kobud şəkildə pozduqlarına görə 18 nəfər rayon sakini cərimələnib.
Bu barədə Kürdəmir Rayon Polis Şöbəsindən məlumat verilib.
Belə ki, polis şöbəsinin əməkdaşları gün ərzində istər rayon, istərsə də kəndlərdə koronavirus infeksiyasının qarşısını almaq istiqamətində Operativ Qərargahın əmrlərinə əsasən mühüm işlər həyata keçirirlər. Polis əməkdaşları insanlar arasında profilaktik söhbətlər aparır və onlara karantin qaydalarına ciddi şəkildə əməl etməyi və tibbi maskadan istifadə etməyi, eləcə də sosial məsafəni gözləməyi tövsiyə edirlər. Təkcə son 2 gün ərzində polis şöbəsinin əməkdaşları karantin qaydalarını pozduqlarına görə, eləcə də tibbi maskadan istifadə etmədiyinə görə 18 nəfər rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, 100-200 manat məbləğində cərimə tətbiq ediblər.
Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. (“Report”)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












