Kürdəmirdə evdən oğurluq edən iki nəfər saxlanılıb

Kürdəmirdə fərdi yaşayış evindən oğurluq edən iki şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, iyul ayının 4-də Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 3800 manat, 700 ABŞ dolları, altı ədəd xalça, 3 ədəd televizor və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Şahin Şıxaliyev və Raqif Qədirov saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edib.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT












