Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanıldı - FOTO
Xəbərlər
28 Aprel 2021 21:47

Kürdəmir Rayon Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş “Xosu” ləqəbli Zabil Nuriyevin qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlaması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olub.
Report xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zabil Nuriyev saxlanılaraq polis şöbəsinə gətirilib. Axtarış zamanı onun üzərindən isə 1,299 qram, yaşadığı evindən külli miqdarda 13,435 qram, ümumilikdə 14,734 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ilkin dindirmə zamanı etdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Oxunub : 2746
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
ŞƏRH YAZ












