Kürün səviyyəsi azaldı

Sentyabrın 12-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsində 2 santimetr artım, Kürəkçay-Çaykənd, Gəncəçay-Zurnabad və Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqələrində isə dəyişiklik qeydə alınmayıb. Təngərüdçay-Vaqo məntəqəsində 9, Viləşçay-Şıxlarda 4, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 102 kubmetr/saniyə qeydə alınır ki, bu da ongünlük normanın 73 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 33,5 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 37 faizini təşkil edir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 293 santimetr, su sərfi isə 66,5 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 125, Kür-Bankədə 10 santimetr azalaraq 108, Araz-Novruzluda isə 2 santimetr artaraq 57 santimetr təşkil edir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












