Kürün səviyyəsi daha da azaldı

Avqustun 29-da Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb, Kürəkçay-Çaykənddə dəyişməyib, Gəncəçay-Zurnabadda 4, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb. Lənkərançay-Sifidor və Viləşçay-Şıxlar məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 67,0 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 55 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 3,50 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 5 faizinə bərabərdir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 17 santimetr azalaraq 312 santimetr, su sərfi isə saniyədə 81 kubmetr olub. Kür-Şirvanda suyun səviyyəsi 8 santimetr azalaraq 117, Kür-Bankədə 4 santimetr azalaraq 111, Araz-Novruzluda isə 5 santimetr azalaraq 65 santimetr təşkil edib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












