Laçın və Zəngilan hava limanlarının texniki göstəriciləri açıqlanıb

Azərbaycanın aparıcı tikinti şirkəti - "Azvirt" MMC işğaldan azad edilmiş Laçın və Zəngilan rayonlarında yerləşən beynəlxalq hava limanlarının tikintisinin texniki göstəricilərini açıqlayıb.
2021-2023-cü illərdə yekunlaşdırılması planlanan Laçın beynəlxalq hava limanın uçuş-enmə zolağının uzunluğu 2,8 min metr, uçuş-enmə zolağının eni (çiyinlərlə birlikdə) 60 metr, perronun sahəsi 60 min kv.metr, yönəldici yolların sahəsi 64 min kv. metr təşkil edəcək.
Laçın beynəlxalq hava limanın ərazisində ümumilikdə 6,9 mln kubmetr qazma işləri (partlatma üsulu ilə), 3,8 mln kubmetr tökmə torpaq işləri, 83 min kubmetr döşənək lay, 54 min kubmetr qırmadaş layı, 196 min ton asfalt beton qarışığı işləri görüləcək.
2021-2022-ci illərdə tikiləcək Zəngilan beynəlxalq hava limanın uçuş-enmə zolağının uzunluğu 3 min metr, uçuş-enmə zolağının eni (çiyinlərlə birlikdə) 60 metr, perronun sahəsi 60 min kv.metr, yönəldici yolların sahəsi 6 360 kv.metr olacaq.
Onun ərazisində isə 640 min kubmetr torpaq işləri (qazma və tökmə), 91,8 min kubmetr döşənək lay, 56,7 min kubmetr qırmadaş layı, 203,1 min ton asfalt beton qarışığı işləri görüləcək.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə, bu il yanvarın 14-də Füzuli beynəlxalq hava limanının inşasına başlanılıb. Bu müddət ərzində uçuş enmə zolaqlarının uzunluğu 3 km, eni isə 60 metr olan torpaq yatağı çıxarılıb. Sahəsi 6 min kv. metr olan hava limanın perronunda 8 hava gəmisinin dayanması nəzərdə tutulur. Hava limanının elektrik enerjisi ilə təmin edilməsi üçün uzunluğu 2,5 km olan hava xətti çəkilib və sahə daxili 10 kVt-luq daxili kabel çəkilib.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 26-da Zəngilan beynəlxalq hava limanının, avqustun 16-da isə Laçın beynəlxalq hava limanının təməlini qoyub./report
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












