Laçındakı ermənilər etiraz edir - daşınma xərci bahalaşdı

Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilər köç prosesində problemlə üzləşiblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatına Zabuxdakı erməni icmasının sədri Andranik Çavuşyan bildirib.
A.Çavuşyan ermənilərin avqustun 25-dək təxliyə olunması barədə xəbərdarlıq aldıqlarını qeyd edib. Lakin o, sözügedən mülki şəxslərin ciddi problemlə üzləşdiyini də qeyd edib
Çavuşyan deyib ki, köç prosesində “kənd sakinləri”nin ev əşyaları daşınmalıdır, amma yükdaşıyanlar böyük tələbatdan istifadə edərək qiymətləri qaldırırlar.
“Xüsusilə İrəvana köçmək qərarına gələnlər üçün çətin olacaq, çünki məsafə əhəmiyyətli dərəcədə böyükdür və nəqliyyat xərci baha başa gələcək”.
İcma sədri deyib ki, Zabuxdan çıxanlar əsasən Ermənistanın Sünik (Zəngəzur-red.) rayonuna və İrəvana köçmək niyyətindədir, 7-8 ailə isə Qarabağın Əsgəran bölgəsində məskunlaşmaq istəyir.
Çavuşyan onu da bildirib ki, yerli kilsənin xaçkarları da çıxarılır, ermənilər azərbaycanlılardan ehtiyatlandıqları üçün belə etdiklərini deyiblər.
Kənd sakinlərinin köçüb məskunlaşmasına kömək etmək üçün indi dövlət onlara pul və yanacaq şəklində yardım edir. Hər ailə üzvü üçün təxminən 40 min dram (indiki məzənnə ilə təxminən 100 dollar) ayrılır.
A.Çavuşyan deyib ki, “Zabux erməniləri” artıq tədricən kəndi tərk etməyə başlayıblar və çətin ki, kimsə son tarixə - avqustun 25-nə qədər gözləsin.
modern.az
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?
Kəmaləddin Heydərovun oğullarından Hollivud layihəsinə sərmayə - Kassada uğursuz oldu
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldılar
Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO










