Lahıcda misgərlik mağazasından XVII əsrə aid qədimi əşya oğurlanıb - FOTO

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən misgərlik mağazasından və evin həyətyanı sahəsindən oğurluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər ümumi dəyəri 10 000 manata yaxın olan - 400 illik tarixə malik məcmeyini, eləcə də ötən əsrin əvvəllərinə aid misdən hazırlanmış qədimi məişət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan qardaşlar – Murad və Timur Abdullayevlər saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar oğurluq məqsədilə paytaxtdan İsmayıllı rayonuna gəliblər və burada əməllərini həyata keçirdikdən sonra oğurladıqları mis qabları Bakı şəhərinə apararaq ayrı-ayrı metal qəbulu məntəqələrinə satıblar.
Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər və onların oğurladıqları qablar satdıqları yerlərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, oğurluqda əli olan digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA















