Lənkəran polisi əməliyyatlar keçirib, 9 nəfər saxlanılıb - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Taris Nağızadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanıb.
Araşdırmalarla T.Nağızadənin Lənkəran şəhəri ərazisində bir evdən 600 manat pul oğurladığı da müəyyən edilib.
Bildirilib ki, bununla yanaşı həmin şəxsin özünü tibb işçisi kimi təqdim edərək müəyyən pul müqabilində COVID-19 pasportu verəcəyi bəhanəsi ilə bir nəfər rayon sakinini aldatdığı da müəyyən edilib: "Onun bu kimi əməllərindən zərərçəkən digər şəxslər varsa aidiyyatı üzrə məlumat vermələri xahiş olunur".
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanıb. Aparılan araşdırmalarla onun rayon ərazisindəki evlərdən birindən 1 000 manat dəyərində televizor oğurladığı da müəyyən edilib.
Həmçinin şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri R.Əliyev, M.Ağayev, R.Rəsulzadə, İ.Cahangirov, A.Əliyev A.Cəfərova və F.Abbasov saxlanılıb.
Onlardan satış üçün hazır bükümlərdə qablaşdırılmış heroin, metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












