Lənkəran polisindən ƏMƏLİYYAT: 27 nəfər cəzalandırıldı - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən 11 avtoyuma məntəqəsində tullantı və çirkab sularının ətrafa axıdılması halı müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin obyektlərin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Tədbir zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması halları da aşkar edilib. Bununla əlaqədar 27 şəxs barəsində protokollar tərtib olunub.
Yerin təkindən qanunsuz istifadə halı ilə bağlı 14 fakt müəyyən edilib, 2 şəxs isə qanunsuz ağackəsməyə görə inzibati məsuliyyətə cəlb olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















