Lənkəran və Biləsuvarda karantini pozan şəxslər aşkarlandı - FOTO

Karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilən Lənkəran şəhər sakini C.Əliyevin karantin rejimi qaydalarını kobud şəkildə pozub yaşayış yerini tərk edərək Astara rayonuna getdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Biləsuvarda isə karantin rejim qaydalarını pozaraq yas mərasimi təşkil edən şəxs cərimələnib.
Belə ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Amankənd kəndində M.Kərimovun yas mərasimi təşkil etdiyi müəyyən edilib. Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən karantin rejiminin qaydaları və tələbləri orada olan şəxslərin diqqətinə çatdırılıb.
M.Kərimov barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












