Lənkəran və Lerikdə ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işi başlanıb

Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları əlaqəli şəkildə kompleks mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Gürdəsər, Lerik və Razvandoband meşəbəyliklərinin ərazilərində ağacların qanunsuz kəsilməsi barədə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olmuş material əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırmalarla Gürdəsər meşəbəyliyinin 23 saylı meşə dolayısında 54 ədəd 10 min manat dəyərində, Lerik meşəbəyliyinin 14 saylı meşə dolayısında 21 ədəd 6 min manat dəyərində, Razvandoband meşəbəyliyinin 22 saylı meşə dolayısında isə 17 ədəd 17 min manat dəyərində müxtəlif cins və diametrdə olan ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılması aşkar olunmuşdur.
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Lerik rayon polis şöbəsinin istintaq qrupuna tapşırılmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












