Lənkəranda bir məktəbdə 15 sinif distant təhsilə keçib

Lənkəranda 10 saylı məktəbin 15 sinfi distant təhsilə keçib.
Avtosfer.az-ın verdiyi xəbərə görə, Lənkəranda son bir neçə gündə təhsil müəssisələrində çalışan 10-a yaxın müəllimdə karonavirus aşkar olunub. COVID-19 testi müsbət çıxan müəllimlər karantinə alınıb.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva məlumatı təsdiq edib: "Digər məktəbdə çalışan müəllimlərin kollektivlə və şagirdlərlə təması olmadığından həmin məktəblərdə belə bir tədbirin keçirilməsinə ehtiyac olmayıb. 10 saylı tam orta məktəbdə isə 2 müəllimin şagirdlərlə təmasda olduğu I -V siniflər distant təhsilə keçirilib".
“Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların icrası ilə əlaqədar monitorinq aparılıb. Məktəbdə sosial məsafələrin qorunması, siniflərin dezinfeksiya olunması və nazirliyin təlimatına uyğun olaraq şagird kontingentinin siniflərdə yerləşdirilməsi prosesi izlənilib və aparılan dərs prosesləri yoxlanılıb. Məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə tapşırıq və tövsiyyələr verilib”,- şöbə müdiri qeyd edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












