Lənkəranda əməliyyat keçirildi - saxlanılanlar var - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 6 nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ramin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqramdan artıq nakotik vasitə heroin, 109 qram “patı” kimi tanınan psixotrop maddə metafetamin aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini Ramin Əzizov saxlanılıb. Onun üzərindən 561 qram heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri Şahlar Möhsümzadə, Cavid Səlimzadə, Emin Cabarov, Vüsalə İbadova saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla E.Cabarovun ərzaq mağazasından 600 manat, V.İbadovanın isə mağazalardan birində satıcı işləyən qadının çantasından 1930 manat pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı















