Lənkəranda narkotiklə tutulan 4 qardaş məhkəmə qarşısına çıxarılır

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 4 qardaş - Rəsul, Vidadi, Xəlil və Fizuli İbraimovların cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ın xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Lənkəranda narkotik vasitə ilə tutulan F.İbrahimovun ətrafında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 3 qardaşının evlərində narkotik vasitə saxlamaları da müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə F.İbrahimovun qardaşları Xəlilin evindən 89 qrama yaxın metamfetamin, Rəsulun evindən 805 qramdan artıq heroin, Vidadinin evindən isə 235 qramdan artıq tiryək və 580 qram marixuana aşkar edilərək götürülüb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












