Lənkəranda “patı” əməliyyatı: 6 nəfər saxlanılıb - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri ilə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb. Onun üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə heroin aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə F.Fərəcovun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhər sakini F.Həmdəmovdan aldığı, sonuncunun həmçinin yaşadığı evdə tiryəkxana təşkil etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən F.Həmdəmovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb. Keçirilən baxış zamanı həmin evin həyətində olan əvvəllər məhkum olunmuş R.Səfərovun və S.Seyfullayevin hər birinin üzərindən 1 bükümdə psixotrop maddə, 1 bükümdə heroin aşkarlanaraq götürülüb.
Eyni gündə Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə isə Qumbaşı kənd sakinləri, əvvəllər məhkum olunmuş Z.Hüseynov və Q.Rəhimov saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən ümumilikdə 20 bükümdə metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












