Lənkəranda “patı” əməliyyatı, biri qadın olmaqla 16 nəfər saxlanıldı - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Bayramlı saxlanılıb. Onun üzərindən 147 qram psixotrop maddə metamfetamin və 105 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Şöbə əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər tədbirlərlə Lənkəran rayon sakinləri Rahid Rəhimov, Əfqan Muradov, İman Bağırov, Elşən Yaqubov, Natiq Bağırov, Cavid Məmmədov, Rahid Əliyev, Elada Qasımova və evində tiryəkxana təşkil edən Oqtay Hüseynov saxlanılıb. Onlardan ümumilikdə 48 bükümdə heroin və metamfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayonun Göyşaban kənd sakinləri Anar Xəlilov, Həsən Qurbanov, Rasim Cavadov, Cəfər Mustafayev, Qiyamət Abızadə və Valeh Nəcəfov saxlanılıblar.Onlardan ümumilikdə 54 ədəd bükümdə heroin və metamfetamin, 6 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.


Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











