Lənkəranda “patı” əməliyyatı keçirilib, 7 nəfər saxlanılıb - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb. Bu əməliyyatlarla ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Sadıq Sadıqov 1 bükümdə heroin və 1 bükümdə metamfetamini Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Emin Kərimova satarkən hər ikisi saxlanılıblar. S.Sadıqovun üzərindən əlavə olaraq 4 bükümdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin narkotik vasitə və psixotrop maddənin Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rəşadət Alxasovdan əldə edildiyi müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. R.Alxasovun üzərindən və evindən ümumilikdə 1 kiloqram 20 qram heroin, 1 kiloqram 80 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Bundan əlavə Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər sakinləri Aydın Ağamalıyev, Elçin Quliyev, Anar Kişiyev və Göyşaban kənd sakini Şahin Ağayev saxlanılıblar. Onların üzərindən ümumilikdə 20 bükümdə heroin və metamfetamin və 4 ədəd eketron tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












