“Liftə minənlərdən birinin 150 kq çəkisi var” - "Şərurlu" İsfəndiyar

Ötən gün Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb. Hadisə nəticəsində 8 nəfər (5-i qadın, 3-ü kişi olmaqla) xəsarət alıb. Onlardan 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, “Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov məsələ ilə bağlı “Unikal”a açıqlama verib.
“Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”, - o bildirib.
“Şərurlu İsfəndiyar” məlum hadisədən sonra sosial şəbəkələrdə sözügedən MTK-nın tikdiyi binalarda liftlərin keyfiyyətsiz olması barədə yayılan iddialara belə cavab verib: “Kim nə yazır, özü bilər. Sağ olsunlar”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












