Masallıda arvadını öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Masallı rayonunda arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır.
Bu barədə Avtosfer.az-a rayon prokurorluğundan məlumat verilib.
Belə ki, mayın 6-da 1989-cu il təvəllüdlü Masallı rayonunun Ərkivan kənd sakini Sevinc Nəsirovanın yaşadığı evdə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla zərərçəkmişin əri, 1979-cu il təvəllüdlü Rəşad Nəsirovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Sevinc Nəsirovanı azyaşlı oğlunun gözləri qarşısında kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Rəşad Nəsirova Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












