Masallıda oğurluqda şübhəli bilinən baş həkim işdən çıxarıldı
Xəbərlər
25 Noyabr 2021 21:32

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.
APA-nın verdiyi məlumata görə, Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin baş həkimi vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Rasim Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. R.Əzizov bu ilin fevral ayından isə həmin xəstəxananın baş həkimi vəzifəsini icra edən kimi fəaliyyət göstərib.
Faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır.
Oxunub : 5816
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 17:46
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
7 Oktyabr 2026 15:41
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
6 Oktyabr 2026 22:50
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
6 Oktyabr 2026 21:28
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
6 Oktyabr 2026 19:51
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
6 Oktyabr 2026 18:39
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
6 Oktyabr 2026 18:08
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
5 Oktyabr 2026 23:52
Polkovnik Əflatun Məmmədov həbs olundu
5 Oktyabr 2026 11:53
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
4 Oktyabr 2026 18:27
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
4 Oktyabr 2026 15:30
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
4 Oktyabr 2026 15:14
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
ŞƏRH YAZ











