Maşınını qəsdən vurub saxladılar, balta ilə hücum etdilər – Azərbaycanda

İyulun 16-da Sabirabad rayonu, Türkədi kənd sakini 1982-ci il təvəllüdlü Fuad Məmmədovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Sabirabad rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışları Mircavid Mövsümov və Seyidəli Mövsümovun avtomobillə hərəkətdə olan zaman Fuad Məmmədova məxsus avtomobili qəsdən vurmaqla qarşısını kəsmələrinə, bundan sonra ona balta və metal boru ilə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mircavid Mövsümov və Seyidəli Mövsümova Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə – yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










