Maşınlardan akkumulyator oğurlayan dəstə saxlanıldı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aptek və mağazalardan oğurluq edən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisindəki iki aptek və iki mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Kərimov olduğu müəyyən edilib.
Həmin şəxsin daxil olduğu obyektlərdəki kassalardan ümumilikdə 4 437 manat nağd pul oğurladığı məlum olub. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə E.Kərimovun rayon ərazisində yerləşən bir aptekdən də gecə saatlarında 220 manat pul oğurladığı müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri M.Nağıyev, N.Əliyev və S.Əzimzadə saxlanılıblar.
Onların iki ədəd yük maşınından 600 manat dəyərində olan dörd ədəd akkumulyator oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











