Gömrükçülər avtomobildəki mebel dəstindən 43 kq narkotik aşkarladı - VİDEO

Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 43 kiloqramdan artıq narkotik vasitə - həşişin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.Belə ki, DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına mebel yükü aparan Rusiya vətəndaşının idarə etdiyi "Renault Magnum" markalı "P159TE05/ AK712905" dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib. Stasionar rentgen qurğusunda şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb və yük boşaldılıb.
Təkrar yoxlama zamanı xidməti it yerə boşaldılan 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqluğuna reaksiya verib. Yoxlama zamanı yerə boşaldılmış divan və kresloların qoltuqluqlarında xüsusi düzəldilmiş yerdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş gümüşü rəngli falqaya yerləşdirilən 34 ədəd bağlamanın içərisindən, ümumilikdə 72 ədəd şəffaf sellofan paketdə qablaşdırılmış yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalara 43 kq 491 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə - həşişin yerləşdirildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












