Məhkəmə Sarqsyanın qardaşı oğlunu həbs edib

Ermənistan Kassasiya Məhkəməsi Baş Prokurorluğun vəsatətini təmin edib və respublikanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu, silah və narkotik maddələr saxlamaqda ittiham olunan Narek Sarqsyanın həbsinə qərar verib.
Bu barədə baş prokurorun müşaviri Qor Abramyan feysbuk səhifəsində yazıb.
“Ermənistan Kassasiya Məhkəməsi Baş Prokurorluğun apellyasiya şikayətini təmin edib, Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və Narek Sarqsyanın həbs olunması barədə qərar verib”, - o bildirib.
Qeyd edək ki, Narek Sarqsyan 2018-ci il iyulun 5-də evində axtarış zamanı tapılanlar əsasında silah və narkotik maddə saxlamaqda, habelə başqasının əmlakını mənimsəməkdə ittiham edilərək axtarışa verilib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onun dostunu saxlayan zaman içərisində narkotik maddələr və tapança olan çemodan aşkar ediblər. Sarqsyan 2019-cu il dekabrın 21-də Çexiyadan Ermənistana ekstradisiya edilib və dekabrın 24-də ümumi yurisdiksiya məhkəməsi onun həbsinə qərar verib.
2020-ci ilin noyabr ayının sonlarında Ermənistanın Apellyasiya Məhkəməsi vəkillərin vəsatətini təmin edib və Sarqsyanı 50 min ABŞ dolları girov qarşılığında sərbəst buraxıb. Bundan sonra Baş Prokurorluq Apellyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə şikayət edib. (“Report”)

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












