Məktəbdə qətliam törədən “Kazan qatili”nin psixiatrik müayinəsinin cavabı bəlli olub

İlnaz Qələviyevin ikinci psixiatrik müayinədən sonra ağlının başında olduğu müəyyənləşib.
Bu barədə “Kazan qatili”nin vəkili Vladimir Boqdan məlumat verib.
Tədqiqat Sankt-Peterburqdakı 6 saylı Psixiatriya Xəstəxanasında aparılıb və oktyabrın 13-də başa çatıb. Mütəxəssislər qeyd ediblər ki, Allah haqqında dediklərinə baxmayaraq, gənc Kazan məktəbində qırğını şüurlu şəkildə törədib.
Boqdan onu da bildirib ki, Qələviyevin işi dekabrda məhkəməyə verilə bilər.
Xatırladaq ki, mayın 11-də Kazanda gimnaziyaya silahlı hücum olub. Faciə nəticəsində yeddi məktəbli və iki müəllim həlak olub, azı 20 nəfər yaralanıb. Cinayəti həmin məktəbin məzunu olan Qələviyev həyata keçirib.
“Kazan qatili” saxlanılandan dərhal sonra polis maşınında olarkən intihar etmək istəyib. Polis məmuru buna mane olub. Qələviyev ilkin ifadəsində törətdiyi cinayətin səbəblərini açıqlayarkən Allah olduğunu bəyan edib.
“Mən kütləvi qatil olmağı planlaşdırmışdım. Bu qərara arpelin 1-də evdə olarkən gəlmişdim. O zaman anladım ki, mən Allaham, mən hər şeyə qadirəm, nə istəsəm, kiminlə istəsəm edə bilərəm. Mən başa düşdüm ki, kainatdakı bütün varlıqlardan qurtulmaq üçün insan cildində bu dünyaya gəlmişəm”, - deyə Qələviyev bildirib.
Qatil əlavə edib ki, bütün insanlara onun qulları olduqlarını göstərmək üçün kütləvi qətl törədib. Qələviyevin sözlərinə görə, onun qullarından hər biri əvvəlcə 10-dan çox adam öldürməli, sonra isə özlərinə qəsd etməlidir.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











