"Məndən üzr istəməsələr, onları polisə verəcəyəm" - VİDEO

Əməkdar artist İlkin Əhmədova "7 Tamam" proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilib. Xəbəri efirdə öyrənən muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilib.
Avtosfer.az xəbər verir ki, Axşam.az-a açıqlama verən İ.Əhmədov məsələyə aydınlıq gətirib.
Sənətçi bildirib ki, verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşib:
"Proqramın prodüseri olan xanım mənə yazdı ki, sizə necə sürpriz edək? Mən də razılaşmadım, dedim ki, mənə heç nə etməyin. Gediblər mənim razılığım olmadan ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər. Hamıya da yalvarıb ki, İlkin bilməsin. Niyə, məqsəd nədir? Əgər mən sizə icazə vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz?
Sürpriz efirin sonunda oldu. Orada tamaşaçıya hörmətsizlik olmasın deyə, proqramı tərk etmədim. Verilişin sonuna kimi soruşdum ki, nədir sürpriz? Dedilər, sizə xeyir olan bir şeydir, narahat olmayın. Mən belə şeylərə yol vermirəm. İnsanlar niyə məni tənqid etməlidirlər?".
O, bildirib ki, qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcək:
"Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












