“Meta” 63 min instaqram hesabını sildi

“Meta” şirkəti Nigeriyada qeydiyyatdan keçmiş və fırıldaqçıların istifadəçiləri şantaj etdiyi 63 min hesabı instaqramdan silib.
“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
“Biz instaqramda seksual əsasda pul tələb etməyə cəhd edilən 63 min hesabı sildik, fırıldaqçılar şəbəkə istifadəçilərinin fotoşəkillərini fırıldaq yolu ilə əldə edərək istifadəçiləri şantaj edir, fotoşəkilləri yayımlamaqla hədələyirdilər”, - şirkətdən qeyd edilib.
Hesabların kütləvi bağlanması Nigeriya hökumətinin məxfilik qaydalarını pozduğuna görə “Meta”nı 220 milyon ABŞ dollar məbləğində cərimələməsindən təxminən bir həftə sonra baş verib.
“Meta” nümayəndəsi qeyd edib ki, dələduzluqla mütəşəkkil qruplar məşğul olub: 20 nəfər 2,5 min hesabı idarə edib və onlardan şantaj və qəsb üçün istifadə ediblər.
Bildirilir ki, Nigeriyada qeydiyyatdan keçmiş 1 300 feysbuk hesabı da silinib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












