Metroda dəhşət; xoşbəxt qadına görə bıçaqlandılar - VİDEO - FOTO

Tokioda qatarda sərnişinlərə hücum edərək 10 nəfəri bıçaqlayan şəxs motivlərini açıqlayıb.
Bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, 36 yaşlı işsiz kişi xoşbəxt bir qadın görəndə onu öldürmək istədiyini deyib. Eyni zamanda, kimin qurban olacağı onun üçün maraqlı deyil. Cinayət yeri kimi metronu seçməsinə səbəb isə oradan qaçmağa yerin olmaması imiş.
“Bu şəkildə daha çox insanı öldürə biləcəyimə ümid edirdim”, - deyə o əlavə edib.
Qeyd edək ki, hücum avqustun 6-da həyata keçirilib. Polisin məlumatına görə, yeddi bıçaq zərbəsi alan tələbə qızın vəziyyəti ağırdır. Qalan doqquz nəfərin həyatı üçün isə təhlükə yoxdur. Hadisədən saat yarım sonra təcavüzkar qətlin baş verdiyi yerdən beş kilometr aralıdakı marketə girərək “xəbərlərdə axtarılan cinayətkar” olduğunu və gizlənməkdən bezdiyini deyib.
Bundan sonra polis onu həbs edib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












