Metroda maşinistlərin maaşı azalıb? - RƏSMİ AÇIQLAMA

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) pandemiya dövründə fəaliyyətini dayandırdığı müddətdə maşinistlərin əməkhaqlarının azaldılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, metropolitenin əməkhaqqı verilməsi prosesində özünəməxsus qaydaları var: "İlk növbədə, məvaciblərin ödənilməsi tarif üzrə həyata keçirilir. Bu prosesdə heç bir azalma olmayıb. Lakin "Bakı Metropoliteni"ndə iş xüsusiyyətlərinə görə maşinistlərə əlavə ödənişlər edilir. Yəni bu, qanunvericiliyə uyğun olaraq maaşa əlavədir. Məsələn, gecə növbəsində, ağır əmək şəraitində çalışanlar və digər işlərdə işləyən şəxslərə maaşlarına əlavə hesablanır. Pandemiya dövründə əgər işçi gecə növbəsinə çıxırsa, pandemiyadan asılı olmayaraq, həmin şəxslərə maaşa əlavələr ödənilib. Pandemiya dövründə metropolitenin fəaliyyətində müəyyən məhdudiyyətlər var idi. Ona görə də gecə növbəsində işə çıxmayan maşinistlərə əlavə ödənişlər hesablanmırdı".
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT












