Metroya daxil olan bəzi şəxslərin koronavirusla bağlı yoxlanılmasına başlanılıb

“Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID-19 pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır”.
Avtosfer.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır: “Aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-19-la bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.
Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis vətəndaşlardan COVID-19 pasportunun olub-olmadığını soruşur.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












