Milli Qəhrəman Təbriz Xəlilbəylinin adını daşıyan gəminin təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus Milli Qəhrəman Təbriz Xəlilbəylinin adını daşıyan dalğıc gəmisinin əsaslı təmiri yekunlaşıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.
Proses müddətində “Təbriz Xəlilbəyli” gəmisinin bir ədəd köməkçi mühərrikinin əsaslı, iki ədəd köməkçi mühərrikinin cari təmiri həyata keçirilib. Braşpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı boru sistemləri, elektrik hissələri və avtomatik idarəetmə sistemlərində təmir işləri görülüb. Heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi işlər aparılıb.
Su altı hissəsinin texniki vəziyətini yoxlamaq məqsədilə gəmi tərsanəyə qaldırılıb. Bu zaman gəminin dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, gəminin sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki göyərtədə qoruyucu-təkərlər yenilənib.
Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb və sınaq işləri uğurla başa çatdırılıb. Gəmi yenidən istismara qaytarılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












