Milyarderlərin reytinqi: İlon Maskın sərvəti 6 dəfə artdı

“SpaceX”-in rəhbəri, “Tesla”nın baş direktoru İlon Maskın şəxsi sərvəti pandemiyada 613 faiz artımla 175 milyard dollara çatıb.
Avtosfer.az xəbər verir ki, 50 yaşlı sahibkar sərvətinə daha 150 milyard dollar əlavə etməyi bacarıb.
Maskın sərvəti təkcə son 12 ayda 100 milyard dollardan çox artıb. “Forbes” jurnalının hesabatına görə, “Tesla”nın səhmlərinin dəyərinin artması Maskın sərvətinin çoxalmasında həlledici rol oynayıb. Bu dövrdə şirkətin səhmləri 1000 faizdən çox "mükafat" alıb.
İlon Mask 175 milyard dollarlıq şəxsi sərvəti ilə dünyanın ən varlı adamları siyahısında pərakəndə satış nəhəngi “Amazon”un qurucusu Ceff Bezosdan (192 milyard dollar) sonra ikinci yerdədir.
Digər tərəfdən, pandemiya dövründə amerikalı milyarderlərin də sayı artıb. Ötən ilin mart ayında 10 rəqəmli bank hesabına sahib olanların sayı 614 ikən, bu rəqəm avqust ayında 708-ə yüksəlib. ABŞ milyarderləri ən yoxsul 165 milyon amerikalıdan 4 dəfə çox sərvətə sahibdirlər.///fins.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












