Minaya düşən şəxs: "Qardaşımı itirdim, özüm isə şikəst qaldım" - FOTO

“Hamıdan azad olunmuş torpaqlara icazəsiz getməməyi xahiş edirəm, orada mina təhlükəsi olduğunu yaddan çıxarmayın”.
Report xəbər verir ki, bunu ADA Universitetində Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Gününə həsr olunmuş konfransda Ermənistan hərbçilərinin basdıqrdıqları minaya düşərək ağır xəsarətlər almış Füzuli rayonu Alxanlı kəndinin sakini Asif Məmmədov bildirib.
“Düşmən kəşfiyyəti bizim torpaqlara sızaraq hər yerdə mina basdırıb. Noyabrın 14-də qardaşımı itirdim, özüm də şikəst qaldım. Hər kəsdən o torpaqlara getməməyi, təhlükəli olduğunu yaddan çıxarmamağı xahiş edirəm. Oralar minalanıb” – zərərçəkən deyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi vaxtı işğal etdikləri torpaqlardan geri şəkilməyə məcbur olan Ermənistan ordusu həmin ərazilərdə çoxlu sayda mina basdırıb. Bununla da düşmən Azərbaycan əhalisi arasında daha çox itkilərə nail olmaq, həmçinin mülki əhalinin doğma yurd-yuvalarına qayıdışını mümkün qədər yubatmaq istəyib.



Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












